Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər(Həsən Məmmədov)
evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o,
qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu
məsələnin həllində dostu Süleyman(Hacımurad Yegizarov) onun köməyinə gəlir...
Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın(Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova)
iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir.
Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün
dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir.
Əgər Ayazın dostu İlqar(İlham Namiq Kamal)
onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə
olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından,
ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad
olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.
Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr
göstərilir. İki gəncin-Sərvər(Arif Mirzəquliyev) və
Gülnazın(Tamara Gözəlova)
böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal
qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı
filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər,
qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor
mənfi qüvvələri belə insana sevdirməyə nail
olmuşdur.