Film
mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar
Ayazın(Fuad Poladov) ailəsində baş verir. Ayazın
anası Cənnətin(Nəsibə Zeynalova)
iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir.
Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün
dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir.
Əgər Ayazın dostu İlqar(İlham Namiq Kamal)
onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə
olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından,
ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad
olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.