Bazar Ertesi, 29.04.2024, 02:38
Salam Гость

Azerbaycan filmleri izle. Pulsuz ve yaxshi keyfiyyetde

    Onlayn izle

    Ana sehife » Filmler

    Filmlərin sayi: 23
    Filmlər göstərilib: 11-20
    Səhifələr: « 1 2 3 »

    Rejissor: Samuel Xacikyan
    Rollarda: Nasser Kurechian, Hosein Molla-ghasemi, Abbas Nazeri, Emamali Habibi, Nilufar, Dariush Talayi, Nikoo Safayi, Reza Hushmand, Farokhlagha Hushmand, Habibollah Boloor, Iran Daftari
    Film haqqinda:
    Kechen esrin 60-ci illerinde chekilmish bu Iran filmi "Mazandaran Palangi" ele o vaxtlar Azerbaycanda en populyar film idi. "Mazandaran pahlavani Habib yoyulmadan mashq edir" kelmeleri ve Ququshun ifasindaki "Kor qizin mahnisi" dillerden dushmezdi. Ilk defe olaraq azeri-films.ucoz.com sehifelerinde bu filmi tam shekilde nezerinize chatdiririq. Bash rolda: Gulesh uzre dunya chempionu olmush Imamali Habibdir.

    Baxış sayı: 4493 Drama Əlavə etdi: Qasimov Ətraflı: 3

    Rejissor : Arif Babayev

    Film haqqinda:

    Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır. O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban gənc kolxozçu qız Mədinəyə vurulur, müəllimə dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu  isə diqqətli olur, yeddi qız atası Haşımın  ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır...

    Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir

    Baxış sayı: 1324 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Rejissor: Ramiz Fətəliyev

    Buraxilis ili: 2003

    Film haqqinda:

    Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin(Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası(Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur(Avtandil İsrafilov). Amma bu professor o professorlardan deyil... Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur. Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir. Aşağıda yerləşdirilən audio faylların içində dahi Nəsibə xanımın səsi də vardır. Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir. Filmdə "Ulduz" kinofilmindən və xalq mahnılarından istifadə edilmişdir.

    Baxış sayı: 12653 Komediya Əlavə etdi: Qasimov Ətraflı: 0

    Rejissor: Hesen Aliyev.

    Ssenariy muellifi: Hesen Aliyev,Ramin Hacıyev, Elnur Hüseynov.
    Operator: Fikrət Əsgərov.
    Rollarda: Ramiz - Ramiz Hüseynzade, Gümüş - Xuraman Alizade, Leyli - Leyla Amirova, Daşdemir - Ferda Xudaverdiyev, İnqlab - Elnur Hüseynov, Taleh - Elmeddin Ceferov, Tarlan - Tarlan Ferzullayev, Sakit - Azer Qurbanov, Anjelika - Samire Ahmedova, Alesger ami - Alesger Memmedoğlu, Cabbar - Ramin Haciyev

    Baxış sayı: 16835 Komediya Əlavə etdi: Qasimov Ətraflı: 1

    QISA MƏZMUNU:
    İki gənc - Əliəkbər və Günel ərizə verib, Bakıda nigah növbəsinə dayanırlar. Nigah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağda - Xocalıya qayıdır.
    Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir...

    Baxış sayı: 1534 Muharibe haqqinda Əlavə etdi: Qasimov Ətraflı: 0

    Məzmun:
    "Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl(Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür...
    Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.

    Baxış sayı: 2050 Muharibe haqqinda Əlavə etdi: Qasimov Ətraflı: 0

    Məzmun:
    Azərbaycan filmi dünyanın ən məşhur film mükafatı olan "Oskar”a təqdim olunub. Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Sahə” filmi Oskar Komitəsinin 30 avqust 2010-cu il tarixində keçirilən iclasının qərarına görə bədii tammetrajlı film kimi Amerika Kino Akademiyasının üzvlərinin ixtiyarına təqdim olunacaq. Filmin istehsal olunduğu "Nərimanfilm” Kinostudiyasından verilən məlumata görə, "Sahə” filminin namizədliyi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film” kateqoriyasında "Oskar” mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcək.<br><br>Filmin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. "Sahə” bədii filmində (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, həmçinin "Paşa Bank”ın iştirakı ilə ərsəyə gətirilib.<br><br>Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.

    Baxış sayı: 2363 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Məzmun:
    Film bir-birilə yarışan AzərbaycanÖzbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.

    Baxış sayı: 1112 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Məzmun:
    Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər(Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman(Hacımurad Yegizarov) onun köməyinə gəlir...

    Baxış sayı: 2066 Komediya Əlavə etdi: Qasimov Ətraflı: 0

    Məzmun:
    Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın(Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar(İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.

    Baxış sayı: 2337 Komediya Əlavə etdi: Qasimov Ətraflı: 0

    1-10 11-20 21-23
    Girish formasi

    Axtar
    Filmler
    Drama [7]
    Komediya [12]
    Muharibe haqqinda [2]
    Musiqili [3]
    Senedli [0]
    Tarixi [2]
    Seriallar [2]
    Sorğu
    Sayti qiymetlendirin
    Всего ответов: 92
    Statistika


    Яндекс.Метрика

    Onlayn istifadeciler: 1
    Qonaglar: 1
    Istifadeciler: 0
    Copyright MyCorp © 2024 | Бесплатный конструктор сайтов - uCoz