Bazar Ertesi, 29.04.2024, 00:03
Salam Гость

Azerbaycan filmleri izle. Pulsuz ve yaxshi keyfiyyetde

    Onlayn izle

    Ana sehife » Filmler » Drama

    Filmlərin sayi: 7
    Filmlər göstərilib: 1-7

    Сортировать по: Tarixe gore · Adina gore · Reytinqe gore · Kommentlerin sayina gore · Yuklemelerin sayina gore · Baxishlarin sayina gore

    Ölkə: Azərbaycan
    Buraxılış ili: 2013
    Rejissor: Hacı Çəlik Bərksoy
    Ssenariy müəllifi: Kənan Yusifov
    Operator: Əhməd Barasov
    Kompozitor: Azər Əgərov
    Rollarda: Asya Atakişiyeva, Elnur Hüseynov , Tural Baxış, Ədalət Əbdülsəməd, Fəridə Əliyeva, Firuzə Babayeva, İzaməddin Bağırov, Məhərrəm Musayev, Mətanət Eres и др.
    Məzmun:
    4 ailə arasında intriqə qan göz yaşları

    Baxış sayı: 10944 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Rejissor: Ülviyyə Könül, Rüfət Əsədov
    Rollarda: Mehriban Zəki, Elşən Rüstəmov
    Məzmun
    İyirmi ildən artıqdır ki, iki həkim arasında bir sirr saxlanılır. Nə vaxtsa, tibb bacısı Sevilin diqqətsizliyi ucbatından xəstəxanadan iki yeni doğulmuş uşaq oğurlanır. Baş həkim Xalidə iş yoldaşı və rəfiqəsinin həyatını xilas etmək üçün bu hadisəni heç kimə danışmır. Bu illər ərzində çox şey dəyişib. Ancaq həmin dostluq və sirr əvvəlki kimi qalır. İllər keçəndən sonra bütün hadisələr və sirrlər açılmağa başlayır.

    Baxış sayı: 1694 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Rejissor: Arif Babayev
    Rollarda: Leyla Şıxlinskaya, Həsən Məmmədov
    Məzmun Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir...
    Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi. Keçmiş və gələcək "məkan" arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır
    Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan (Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar.
    Filmdə belə bir fəlsəfi məqam vurğulanır ki, ötən günü geri qaytarmaq mümkün deyil. Bu, Əsmərin bütün hərəkətlərində, film boyu davam edən xatirələrində ortaya qoyulur. Tamaşaçı filmə baxarkən nəsə gözlədiyi kimi, Əsmər özü də gözləyir. Ancaq filmin sonunda o, hiss edir ki, Oqtayla bir-birilərinə lazım deyillər. Təbii ki, keçmiş də keçmiş olaraq qalır.

     

    Baxış sayı: 10159 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Rejissor: Samuel Xacikyan
    Rollarda: Nasser Kurechian, Hosein Molla-ghasemi, Abbas Nazeri, Emamali Habibi, Nilufar, Dariush Talayi, Nikoo Safayi, Reza Hushmand, Farokhlagha Hushmand, Habibollah Boloor, Iran Daftari
    Film haqqinda:
    Kechen esrin 60-ci illerinde chekilmish bu Iran filmi "Mazandaran Palangi" ele o vaxtlar Azerbaycanda en populyar film idi. "Mazandaran pahlavani Habib yoyulmadan mashq edir" kelmeleri ve Ququshun ifasindaki "Kor qizin mahnisi" dillerden dushmezdi. Ilk defe olaraq azeri-films.ucoz.com sehifelerinde bu filmi tam shekilde nezerinize chatdiririq. Bash rolda: Gulesh uzre dunya chempionu olmush Imamali Habibdir.

    Baxış sayı: 4493 Drama Əlavə etdi: Qasimov Ətraflı: 3

    Rejissor : Arif Babayev

    Film haqqinda:

    Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır. O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban gənc kolxozçu qız Mədinəyə vurulur, müəllimə dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu  isə diqqətli olur, yeddi qız atası Haşımın  ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır...

    Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir

    Baxış sayı: 1324 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Məzmun:
    Azərbaycan filmi dünyanın ən məşhur film mükafatı olan "Oskar”a təqdim olunub. Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Sahə” filmi Oskar Komitəsinin 30 avqust 2010-cu il tarixində keçirilən iclasının qərarına görə bədii tammetrajlı film kimi Amerika Kino Akademiyasının üzvlərinin ixtiyarına təqdim olunacaq. Filmin istehsal olunduğu "Nərimanfilm” Kinostudiyasından verilən məlumata görə, "Sahə” filminin namizədliyi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film” kateqoriyasında "Oskar” mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcək.<br><br>Filmin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. "Sahə” bədii filmində (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, həmçinin "Paşa Bank”ın iştirakı ilə ərsəyə gətirilib.<br><br>Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.

    Baxış sayı: 2363 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Məzmun:
    Film bir-birilə yarışan AzərbaycanÖzbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.

    Baxış sayı: 1112 Drama Əlavə etdi: Qasimov Ətraflı: 0

    Girish formasi

    Axtar
    Filmler
    Drama [7]
    Komediya [12]
    Muharibe haqqinda [2]
    Musiqili [3]
    Senedli [0]
    Tarixi [2]
    Seriallar [2]
    Sorğu
    Sayti qiymetlendirin
    Всего ответов: 92
    Statistika


    Яндекс.Метрика

    Onlayn istifadeciler: 1
    Qonaglar: 1
    Istifadeciler: 0
    Copyright MyCorp © 2024 | Бесплатный конструктор сайтов - uCoz