Məzmun:Bu
qrotesk film qəhrəmanlardan biri-Saranın(Gülşad Baxşıyeva) bəxt
üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət
bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu(Valeh
Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə"
qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.
İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz
İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış
filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza
münasibətimiz barədədir.
|