Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın(Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova)
iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir.
Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün
dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir.
Əgər Ayazın dostu İlqar(İlham Namiq Kamal)
onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə
olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından,
ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad
olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.
Bu qrotesk film qəhrəmanlardan biri-Saranın(Gülşad Baxşıyeva) bəxt
üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət
bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu(Valeh
Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə"
qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.
İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz
İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış
filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza
münasibətimiz barədədir.