Məzmun: Azərbaycan
filmi dünyanın ən məşhur film mükafatı olan "Oskar”a təqdim
olunub. Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Sahə” filmi
Oskar Komitəsinin 30 avqust 2010-cu il tarixində keçirilən iclasının
qərarına görə bədii tammetrajlı film kimi Amerika Kino Akademiyasının
üzvlərinin ixtiyarına təqdim olunacaq. Filmin istehsal olunduğu
"Nərimanfilm” Kinostudiyasından verilən məlumata görə, "Sahə” filminin
namizədliyi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film”
kateqoriyasında "Oskar” mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli
sürüləcək.<br><br>Filmin ssenari müəllifi və
quruluşçu
rejissor İlqar Safatdır. "Sahə” bədii filmində (The Precinct) məşhur
fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film
Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olub, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, həmçinin "Paşa
Bank”ın iştirakı ilə ərsəyə
gətirilib.<br><br>Filmdə baş
rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif
İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin
(Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və
Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil
Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.
|