Film
bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi
dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı
Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin
(Arif Mirzəquliyev)
saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf
məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları
sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək
insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik
gətirir.