Rejissor : Arif Babayev
Film haqqinda:
Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır. O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban gənc kolxozçu qız Mədinəyə vurulur, müəllimə dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu isə diqqətli olur, yeddi qız atası Haşımın ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır...
Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir
|