Film Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtube`da 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəyi baxış sayı toplaya biləcək videoya zəmin yaranır.
AKTYORLAR
Müşviq Şahverdiyev, İlkin Misgərli, Teymur Məmmədov, Aysel Bayramova, Niftulla Əsgərov, Qızılgül Quliyeva, Mələk Kazımova və b
Ölkə: Azərbaycan Buraxılış ili: 2013 Rejissor: Hacı Çəlik Bərksoy Ssenariy müəllifi: Kənan Yusifov Operator: Əhməd Barasov Kompozitor: Azər Əgərov Rollarda: Asya Atakişiyeva, Elnur Hüseynov , Tural Baxış, Ədalət Əbdülsəməd, Fəridə Əliyeva, Firuzə Babayeva, İzaməddin Bağırov, Məhərrəm Musayev, Mətanət Eres и др. Məzmun:
4 ailə arasında intriqə qan göz yaşları
Rejissor: Teymur Bəkirzadə Rollarda: Səyavuş Aslan, Vaxtanq Pançulidze, Həmidə Ömərova, Kamil Məhərrəmov, Yaşar Nuüi, Hacı İsmayılov Məzmun:
Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir.
Rejissor: Sülu Çöl-Qalali Rollarda: Rafael Iskenderov, Coşqun Rəhimov, İlham Qasımov, Tahir İmanov Film haqqında
Filmdə köhnə dostların eyni zamanda qonşuların Moskvadakı macərasınnan danışılır. Tofiq Moskvada qeydiyyata düşməkdən otəri başqa qadınnan evlənməli olur. Ən marağlı məqamlarda bunnan başlıyır
Müddət: 120 dəq Janr: Komediya Ölkə: Azərbaycan Rollarda: Fərda Xudaverdiyev, İlhan Özbay, Xəyalə Abbasova, Teymur Məmmədov Rejissor: Vüqar Cəbrayılov Yaş məhdudiyyəti: Yoxdur Haqqında: Filmimizin qəhrəmanı Kəramətin bir çoxlarımızdan fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir". Düzdür, borcu hörmətindən daha çoxdur, amma siz indi təsəvvür edin ki, onun nə qədər borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir...
Rejissor: Ülviyyə Könül, Rüfət Əsədov Rollarda: Mehriban Zəki, Elşən Rüstəmov Məzmun
İyirmi ildən artıqdır ki, iki həkim arasında bir sirr saxlanılır. Nə vaxtsa, tibb bacısı Sevilin diqqətsizliyi ucbatından xəstəxanadan iki yeni doğulmuş uşaq oğurlanır. Baş həkim Xalidə iş yoldaşı və rəfiqəsinin həyatını xilas etmək üçün bu hadisəni heç kimə danışmır. Bu illər ərzində çox şey dəyişib. Ancaq həmin dostluq və sirr əvvəlki kimi qalır. İllər keçəndən sonra bütün hadisələr və sirrlər açılmağa başlayır.
Oyuncular:Bahram Bagirzade, Tair Imanov, Planet Parni iz Baku, Jabir Inamov
Solo concert teatr KVN "Planet" Parni iz Baku "- " Eurogülüşion "
Planet Parni iz Baku / Eurogülüşion (2012) , Planet Parni iz Baku / Eurogülüşion (2012) HD 480p, Planet Parni iz Baku / Eurogülüşion (2012), Planet Parni iz Baku / Eurogülüşion (2012), Planet Parni iz Baku / Eurogülüşion (2012), Planet Parni iz Baku / Eurogülüşion (2012) серия, Planet Parni iz Baku / Eurogülüşion (2012) Bölüm, Planet Parni iz Baku / Eurogülüşion (2012) ,Planet Parni iz Baku / Eurogülüşion (2012) HD
Rejissor: Arif Babayev Rollarda: Leyla Şıxlinskaya, Həsən Məmmədov Məzmun Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir...
Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi. Keçmiş və gələcək "məkan" arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır
Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan (Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar.
Filmdə belə bir fəlsəfi məqam vurğulanır ki, ötən günü geri qaytarmaq mümkün deyil. Bu, Əsmərin bütün hərəkətlərində, film boyu davam edən xatirələrində ortaya qoyulur. Tamaşaçı filmə baxarkən nəsə gözlədiyi kimi, Əsmər özü də gözləyir. Ancaq filmin sonunda o, hiss edir ki, Oqtayla bir-birilərinə lazım deyillər. Təbii ki, keçmiş də keçmiş olaraq qalır.